close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Ağdam işğaldan azad edildi!” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub

20-11-2021

Ermənistanın ölkəmizə qarşı keçən il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır.

Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və 10 noyabr tarixində üç ölkənin dövlət başçılarının iştirakı ilə kapitulyasiya aktını imzalaması ilə nəticələndi, Ermənistanı Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur etdi.

Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu.

Kapitulyasiya aktına əsasən Ağdam rayonu noyabrın 20-də Azərbaycan Respublikasına təhvil verildi.

Ağdam rayonu Ağcabədi, Tərtər, Bərdə, Kəlbəcər Əsgəran və Xocavənd həmçinin, Füzuli rayonları ilə həmsərhəddir.

Bu tarixi gün münasibətilə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Ağdam işğaldan azad edildi!” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə mövzu ilə əlaqədar kitab və məqalələr, fotolar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Agdam_isgaldan_azad_edildi!/index.htm linkindən istifadə edə bilərlər.