11-05-2023
May 11-də ADA Məktəbinin 11-ci sinif şagirdləri Azərbaycan Milli Kitabxanasında ekskursiyada olublar.
İlk öncə şagirdlər “Heydər Əliyev Guşəsi” ilə tanış olublar. Qeyd edək ki, guşədə Ulu Öndərin bir vaxtlar Milli Kitabxanaya gələrkən bu elm məbədinə öz şəxsi kitabxanasından bağışladığı 300 nüsxədən artıq kitab nümayiş olunur.
Şagirdlər daha sonra Milli Kitabxananın tarixi, iş rejimi, elektron kitabxana və elektron kataloq sistemi,“Azərbaycan ədəbiyyatının arxivi”, “Tələbə və gənclər zalı”, “Beynəlxalq əməkdaşlıq zalı”, “Uşaq otağı”, elmi zallar və kitabxananın sərgi zalında nümayiş olunan “2023 – Heydər Əliyev ili”, “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı”, “Qədim yurd yerimiz – Qərbi Azərbaycan”sərgiləri ilə tanış olublar. Həmçinin Milli Kitabxananın “Nadir kitablar və kitabxana muzeyi” şöbəsində olarkən muzeydə qorunan ən qədim kitablarla tanışlıq onlarda böyük maraq hissi oyadıb.
Şagirdlər həmçinin Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq Kitabxana ilə yaxından tanış olublar.
Şagirdlərin rəhbəri təşkilatçılığa görə Milli Kitabxananın rəhbərliyinə dərin minnətdarlığını bildirib.
Sonda xatirə şəkili çəkilib və şagirdlərə kitablar hədiyyə edilib.