close
icon E-kataloq və kitabxana

Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq Kitabxanada qazilərlə görüş keçirilib

26-07-2024

26 iyul tarixində Açıq Kitabxanada Milli Kitabxananın və Azərbaycan gənclərinin inkişaf hərəkatı ictimai birliyinin nəzdində fəaliyyət göstərən Vətənpərvərlik klubunun təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsində iştirak edərək şücaət göstərmiş  qazilərlə görüş keçirilib.

İlk öncə Azərbaycan torpaqlarının ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Milli Kitabxananın əməkdaşı Lalə Salahova və Azərbaycan gənclərinin inkişaf hərəkatı ictimai birliyinin sədr müavini  Nazənin Əlicanlı 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbənin tarixi əhəmiyyətindən, şəhidlərimizin, qazilərimizin qəhrəmanlıqlarından söz açıb və ərazi bütövlüyümüz uğrunda canlarından keçən igid oğulların əziz xatirələrinin heç bir zaman unudulmayacağını vurğulayıblar.

Görüş zamanı qazilər Kamil Musəvi və Pərvin Abdullayev özləri haqqında məlumat verərək keçdikləri döyüş xatirələrindən bəhs ediblər.

Tədbir iştirakçıları tərəfindən verilən  sualları cavablandıran qazilər gələcək nəsillərin, bundan sonra daha vətənpərvər, daha məğrur böyüyəcəklərini diqqətə çatdırıblar. Bu gün də Vətən üçün, torpaqlarımızın azadlığı və müdafiəsi üçün döyüşə hazır olduqlarını bildirən qazilər görüşün keçirilməsindən məmnunluq hissi keçirdiklərini qeyd ediblər.

Tədbirin sonunda xatirə şəkilləri çəkilib.

icon

Foto qalereya