close
icon E-kataloq və kitabxana

ABŞ-ın Bakıdakı Səfirliyinin İctimai əlaqələr şöbəsinin müdiri xanım Emi Stayman aprel ayının 28-də Milli Kitabxanada olmuşdur.

28-04-2017

ABŞ-ın Bakıdakı Səfirliyinin İctimai əlaqələr şöbəsinin müdiri xanım Emi Stayman aprel ayının 28-də Milli Kitabxanada olmuşdur. Qonağı kitabxananın direktoru professor Kərim Tahirov qəbul etmişdir. 
Kitabxana haqqında qısa məlumat verən K.Tahirov  Azərbaycan Milli Kitabxanası ilə ABŞ-ın Konqres kitabxanası arasında əməkdaşlıqdan, kitab, biblioqrafik informasiya, biblioqrafik yazı mübadiləsindən danışmışdır.
Xanım Stayman Konqres kitabxanası ilə əlaqələrin olmasından məmnunluq duymuş və gələcəkdə əlaqələrin daha da möhkəmləndirilməsini arzulamışdır. Milli Kitabxana ilə yaxından tanış olan qonağın bütün sualları cavablandırılmışdır, kitabxananın “Açıq kitabxana” layihəsi xüsusilə diqqətini  çəkmişdir.
İngilis dilində və ingilis dilindən Azərbaycan dlinə tərcümə olunmuş bir neçə kitabı təqdim edən qonağa Azərbaycan Milli Kitabxanası “Fotoalbom” (Azərbaycan, ingilis və rus dillərində), və “Qədim qalanın yuxuları” (Azərbaycan və ingilis dilində) kitabları hədiyyə verilmişdir.