29-04-2017
Aprelin 29-da Heydər Əliyev Mərkəzinin parkında "Gəlin birgə oxuyaq" şüarı altında "Oxu günü" keçirilmişdir. Tədbir H.Ə.Mərkəzi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və "Hədəf Nəşrləri"nin birgə təşkilatcılıgı ilə keçirilmişdir. Tədbirdə Azərbaycan Milli Kitabxanası da oz fondundan olan kitablarla təmsil olunurdu.