close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “3 Dekabr Beynəlxalq Əlillər Günüdür” adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim olundu

03-12-2020

Hər il dekabrın 3-də Beynəlxalq Əlillər Günü bütün dünyada qeyd edilir və bu barədə 1992-ci il dekabrın 14-də BMT Baş Assambleyasının qətnaməsi qəbul olunub. Onun hədəfi - ictimai həyatın bütün sahələrində əlillərin hüquqlarının qorunması və geniş ictimaiyyətin diqqətini onların problemlərinə yönəltməkdir. Əlilliyi olan şəxslərin maddi və mənəvi təminatlarının gücləndirilməsi, onların reabilitasiyası və cəmiyyətə inteqrasiyası, ictimai həyatın bütün sahələrində fəal iştirak imkanlarına malik olması Azərbaycan dövlətinin sosial siyasətinin əsas istiqamətlərindən biridir.

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən hazırlanmış “3 Dekabr Beynəlxalq Əlillər Günüdür” adlı virtual sərgi bu mövzuya həsr olunmuşdur. Virtual sərgidə ölkəmizdə əlil insanların sosial müdafiəsinin gücləndirilməsi, eləcə də mövzu ilə əlaqədar kitablar, məqalələr, əlillərin beynəlxalq müdafiəsi gününə dair materiallar və fotolar  nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/3_Dekabr_Beynelxalq_Eliller_Gunudur/index.htm linkindən istifadə edə bilərlər.