27-09-2021
27 sentyabr – Beynəlxalq Turizm Günü kimi qeyd edilir. 1979-cu ildə Baş Qərargahı Madrid şəhərində yerləşən Təşkilat 27 sentyabr – Ümumdünya Turizm Gününü təsis edib. Bu beynəlxalq bayram dünyada 30 ildən artıqdır ki, keçirilir. Həmin gün turizm və turizm biznesinə həsr olunan tədbirlər, festivallar keçirilir.
Azərbaycanda Ümumdünya Turizm Günü 2001-ci ildən, Azərbaycanın Beynəlxalq Turizm Təşkilatına üzv olduğu vaxtdan qeyd olunur.
Turizm gününün başlıca məqsədi turizmin təbliği, dünya cəmiyyəti iqtisadiyyatına qoyulan vəsaitin işıqlandırılması və müxtəlif ölkə xalqları arasında əlaqələrin inkişafıdır.
B münasibətlə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “27 Sentyabr – Beynəlxalq Turizm Günü” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə turizm ilə əlaqədar kitablar, dövri mətbuat səhifələrində dərc olunan məqalələr, fotolar nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Beynelxalq_Turizm_Gunu/index.htm linkindən istifadə edə bilərlər.