close
icon E-kataloq və kitabxana

2023-cü ildə Azərbaycan Milli Kitabxanasının fəaliyyətə başlamasının 100 illiyi tamam olur

25-06-2023

2023-cü ildə Azərbaycan Milli Kitabxanasının fəaliyyətə başlamasının 100 illiyi tamam olur. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 24 iyun tarixində “Azərbaycan Milli Kitabxanasının 100 illiyinin qeyd edilməsi haqqında” Sərəncam imzalamışdır. Sərəncamda yarandığı vaxtdan etibarən şərəfli bir yol keçmiş kitabxananın qarşıya qoyulan vəzifələrin öhdəsindən həmişə layiqincə gələrək ötən müddət ərzində cəmiyyətin intellektual potensialının artırılmasında baza kimi mühüm rol oynadığı, ədəbiyyat sayı milyonları keçən fondlarını müntəzəm surətdə milli və dünya əhəmiyyətli nəşrlərlə, nadir kitablar, yeni-yeni çap məhsulları və qiymətli məlumat daşıyıcıları ilə zənginləşdirməklə xalqımızın mədəniyyət xəzinəsinə çevrildiyi qeyd edilir.

Bu münasibətlə iyun ayının 25-də Azərbaycan Milli Kitabxanasının direktoru, prof. Kərim Tahirov kollektivi təbrik etmiş, milli-mənəvi sərvətlərin etibarlı qoruyucusu olan Milli Kitabxanaya xüsusi diqqətinə və yubileyinin qeyd olunmasını təmin etmək məqsədilə imzaladığı sərəncama görə hörmətli prezidentimiz cənab İlham Əliyevə kollektivin adından dərin təşəkkürünü bildirmişdir.

icon

Foto qalereya