2 fevral 2018-ci il tarixində saat 11:00-da M. F Axundov adına Azərbaycan Milli Kitabxanasında “2 fevral - Gənclər günüdür” adlı kitab sərgisinin açılışı olmuşdur. Tədbiri Milli Kitabxananın direktoru prof. Kərim Tahirov açmışdır. O, Ümummilli lider Heydər Əliyevin 1997-ci il 2 fevral tarixində imzaladığı fərmana əsasən, bu tarixin “Azərbaycan gəncləri günü” elan edilməsindən, Azərbaycanda dövlət quruculuğu sahəsində gənclərin müstəsna rolundan, hər bir sahədə gənclərə dövlət tərəfindən göstərilən yüksək qayğıdan, gənclərin cəmiyyətin ictimai-siyasi həyatında yaxından iştirakından söz açmışdır.
Professor Kərim Tahirov ölkə başçısı cənab İlham Əliyevin Ulu Öndərin gənclər siyasətini uğurla davam etdirməsini vurğulamış, gələcəyin qurucuları olan bu nəslin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik ruhunda tərbiyə olunması üçün gördüyü işləri diqqətə çatdırmışdır. Sonra çıxış edən gənclər bu gün müstəqil Azərbaycan dövlətində onlara göstərilən qayğıdan, hər bir sahədə dövlətin dəstəyini hiss etdiklərini söyləmişlər.
Sonda tədbir iştirakçıları “ 2 fevral - Gənclər günüdür” adlı geniş kitab sərgisi ilə tanış olmuşlar. Sərgi tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.
“2 fevral- Gənclər günüdür” adlı kitab sərgisi davam edir.
Həmçinin bu gun saat 12:00-da Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq Kitabxanada “Gəncliyimiz sabahımızdır” adlı tədbir keçirilmişdir. Tədbirdə 8 saylı məktəbin 8a sinif şagirdləri iştirak etmişlər. Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova Gənclər gününün yaranma tarixindən, ölkə başçısı İlham Əliyev tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan danışmış, onlara ölkəmizin sayılan gəncləri sırasında olmalarını arzulamışdır. Tədbirdə həmçinin kitab və dövri mətbuat sərgisi təşkil edilmişdir. Gənclər şərgilənən ədəbiyyatlarla tanış olmuş, sonda xatirə şəkli çəkdirmişlər.