close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “15 Sentyabr Bilik Günü” adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim olundu

15-09-2021

Azərbaycanda 15 sentyabr tarixi Bilik günu kimi qeyd olunur. Bu gün 2004- cü ilə qədər sentyabrın 1-nə təsadüf edirdi. Lakin prezident İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanına əsasən Azərbaycanın bütün təhsil müəssisələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınıb və beləliklə həmin gün Bilik Günü kimi qeyd olunub. Son illərdə Azərbaycan təhsili yeni inkişaf dövrünə qədəm qoyub. Prezident İlham Əliyevin qayğısı, Heydər Əliyev fondunun həyata keçirdiyi layihələr ulu öndərin təhsil siyasətinin uğrlu davamının göstəricisidir. Bir faktı xatırlatmaq kifayətdir ki, ölkəmizdə təhsil sisteminin bütün pillələri üzrə dövlət proqramları uğurla həyata keçirilir.

Bilik günü məktəb həyatına qədəm qoyan birincilər üçün səbirsizliklə, sevinc və həyacanla gözlənilən, xüsusi qayğı və məmnuniyyətlə, təntənəli şəkildə qarşılanacaqları bir gündür. Onlar əlifba ilə tanış olub, kitablar oxuyub,  şeirlər əzbərləyəcək və beləcə ilk zəngin sədası ilə yeni həyata – məktəb həyatına qədəm qoyacaqlar.

Bu münasibətlə Milli Kitabxananın əməkdaşları tərəfindən “15 Sentyabr Bilik Günü” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə Azərbaycan təhsil sistemi, Azərbaycanda təhsil tarixi, təhsil siyasəti, təhsilin inkişaf strategiyası və s. mövzularda materiallar və fotolar təqdim olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/15_Sentyabr_Bilik_gunu/index.html  linkindən istifadə edə bilərlər.