close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “12 Noyabr Azərbaycan Respublikası Konstitusiya Günüdür” adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim olundu

12-11-2020

Hər il 12 Noyabr – Azərbaycan Respublikası Konstitusiyasının qəbul olunduğu gün ölkəmizdə rəsmi dövlət bayramı kimi qeyd edilir. Bu gün ilk Milli Konstitusiyamızın qəbul edilməsindən 25 il ötür. Azərbaycan xalqının ümummili lideri Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə hazırlanmış Milli Konstitusiya çağdaş dünyanın ən mütərəqqi konstitusiyalarından biri olmaqla, suveren dövlətçilik tariximizdə yeni mərhələ açdı, dövlət quruculuğu, iqtisadiyyat və ictimai-siyasi həyatda dinamik inkişafa güclü təsir göstərdi.

Bu münasibətlə Milli Kitabxananın əməkdaşları tərəfindən “12 Noyabr Azərbaycan Respublikası Konstitusiya Günüdüradlı virtual sərgi hazırlanıb. Virtual sərgidə rəsmi sənəd, Azərbaycanın görkəmli şəxsiyyətlərinin Konstitusiyamız haqqında fikirləri, Heydər Əliyev və Azərbaycan dövlətçiliyi, Azərbaycanın dövlət rəmzləri, Konstitusiya hüququ  haqqında kitab və dövri mətbuat materialları nümayiş olunur. Virtual sərgidə təqdim olunan materiallar tam mətnləri ilə verilib. 

Virtual sərgi ilə tanış olmaq istəyənlər    http://anl.az/el/vsb/12Noyabr_Konstitusiya_gunu/index.htm linkindən istifadə edə bilərlər.