21-09-2021
Sentyabr ayının 21-də Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusu tərəfindən 44 günlük müharibə nəticəsində erməni işğalından azad olunmuş ərazilərimizdə 90-cı illərin əvvəllərinədək fəaliyyət göstərmiş kitabxanaların kitab fondlarının bərpası ilə əlaqədar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə keçirdiyi kitabtoplama kampaniyasına professor Qulu Məhərrəmli və yazıçı, publisist Zemfira Məhərrəmli də qoşuldu.
Professor Qulu Məhərrəmli və yazıçı, publisist Zemfira Məhərrəmli Mədəniyyət Nazirliyinin və Milli Kitabxananın birgə təşkil etdiyi “İşğaldan azad olunan bölgələrdəki kitabxanaların fondu üçün kitabtoplama kampaniyası”nın dağıdılmış kitabxanaların bərpa edilməsi istiqamətində vacib bir addım olduğunu qeyd etdilər və Qulu Məhərrəmli müəllifi olduğu 15 nüsxə kitabı, Zemfira Məhərrəmli isə müəllifi olduğu 10 nüsxə kitabı həmçinin şəxsi kolleksiyasından 33 nüsxə kitabı işğaldan azad olunan bölgələrdəki kitabxanaların fonduna hədiyyə etdi.