close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Qarabağ Azərbaycandır!” adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim olundu

07-10-2020

Qarabağ Azərbaycanın ən qədim, səfalı və tarixi guşələrindən biridir. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın adı Azərbaycan dilindəki “qara” və “bağ” sözlərindən əmələ gəlmişdir. “Qara” və “bağ” söz birləşməsi Azərbaycan xalqının özü qədər qədim tarixə malikdir. Dünyanın hər yerində bu söz birləşməsinin Azərbaycanın konkret ərazisinə aid edilməsi də danılmaz həqiqətdir.
Qarabağın tarixini, mədəni irs nümunələrini təbliğ etmək məqsədilə Milli Kitabxana əməkdaşları tərəfindən “Qarabağ Azərbaycandır!” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə Qarabağ haqqında Azərbaycanın görkəmli şəxsiyyətlərinin fikirləri, Qarabağın tarixini, Qarabağ həqiqətlərini əks etdirən kitablar, məqalələr, mədəni irs nümunələri, görkəmli şəxsiyyətləri haqqında materiallar təqdim olunur. Virtual sərgidə nümayiş olunan materiallar tam mətnləri ilə verilib. Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Qarabag_Azerbaycandir/index.htm linkindən istifadə edə bilərlər.

İnanırıq ki, Qarabağımız tezliklə işğaldan tam azad ediləcək, o torpaqlarımızda üçrəngli Azərbaycan bayrağı dalğalanacaq.