close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada işğaldan azad olunan bölgələrdəki kitabxanaların fondu üçün kitabtoplama kampaniyası davam edir

10-06-2021

İyun ayının 10-da Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusu tərəfindən 44 günlük müharibə nəticəsində erməni işğalından azad olunmuş ərazilərimizdə 90-cı illərin əvvəllərinədək fəaliyyət göstərmiş kitabxanaların kitab fondlarının bərpası ilə əlaqədar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə keçirdiyi kitabtoplama kampaniyasına Təhsil İnstitutu da qoşuldu.

Təhsil İnstitutunun direktor müavini Ənvər Abbasov Mədəniyyət Nazirliyinin və Milli Kitabxananın birgə təşkil etdiyi “İşğaldan azad olunan bölgələrdəki kitabxanaların fondu üçün kitabtoplama kampaniyası”nın dağıdılmış kitabxanaların bərpa edilməsi istiqamətində vacib bir addım olduğunu qeyd etdi. Təhsil İnstitutunun Elmi Kitabxanasının müdiri Sürəyya Məmmədova və kitabxanaçısı Könül Məlikəliyeva da təhsil müəssisələrini bu kampaniyaya qoşulmağa dəvət etdilər. Təhsil İnstitutu özünün və ayrı-ayrı əməkdaşları tərəfindən müxtəlif illərdə çap olunmuş 300 adda 5263 nüsxə kitabı işğaldan azad olunan bölgələrdəki kitabxanaların fonduna hədiyyə etdi.

 

icon

Foto qalereya