18-08-2021
Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin birinci katibi Bahram Gaipov və Oybek Akramov Milli Kitabxananı ziyarət ediblər.
Qonaqlar “Реестр зарубежных рукописей, относящихся к Узбекистану” adlı kitabı Milli Kitabxanaya hədiyyə ediblər.
Azərbaycan ilə Özbəkistanın ortaq mədəniyyətə və ədəbiyyata sahib olması iki ölkə arasında olan dostluq əlaqələrinin daha da möhkəmləndirilməsinə, qarşılıqlı kitab, qəzet və jurnal mübadiləsinin həyata keçirilməsinə kömək edir.
Azərbaycan Milli Kitabxanası və Özbəkistan Milli Kitabxanası arasında daim qarşılıqlı kitab mübadiləsi həyata keçirilir. Azərbaycanın mədəniyyətinə, incəsənətinə, ədəbiyyatına, tarixinə, iqtisadiyyatına dair kitablar Özbəkistan Milli Kitabxanasına göndərilir.