close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Gələcəyimizi birlikdə düşünək – Narkomaniyaya yox deyək” adlı Elektron məlumat bazası onlayn rejimdə istifadçilərə təqdim olunub

26-06-2021

26 iyun – Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günüdür. Müasir dünyada cəmiyyəti narahat edən problemlər içərisində ən mürəkkəbi, faciəvi nəticələrə gətirib çıxaranı narkomaniya və narkobiznesdir. Narkomaniya və narkobiznes təkcə insanların sağlamlığına, mənəviyyatına deyil, həm də dünya iqtisadiyyatına ciddi zərbə vurur. O dünyada münaqişə və müharibə ocaqlarının, işğal və nəzarətsiz zonaların, nüvə bazalarının, terrorçu mərkəzlərin, mütəşəkkil cinayətkar qrupların yaradılması, silah alverinin güclənməsi sahəsində mühüm amil rolunu oynayır.

26 iyun – Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “Gələcəyimizi birlikdə düşünək – Narkomaniyaya yox deyək” adlı  Elektron məlumat bazası onlayn rejimdə istifadəçilərə təqdim olunub. Elektron məlumat bazası “Rəsmi sənədlər”, “Beynəlxalq konvensiyalar”, “Kitablar”, “Məqalələr toplusu”, “Nəşrlərin fotoqalereyası”, “Videoqalereya” və “Faydalı linklər” bölmələrindən ibarətdir.  Elektron məlumat bazasında təqdim olunan sənədlər tam mətnləri ilə verilmişdir.

Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər http://anl.az/el/emb/Narkomaniya/index.htm linkindən istifadə edə bilərlər.