17-03-2020
Koronavirus təhlükəsi ilə əlaqədar respublikada həyata keçirilən tədbirlər çərçivəsində martın 11-dən Milli Kitabxanada oxuculara xidmət müvəqqəti dayandırılıb. Kitabxananın əməkdaşları fəaliyyət göstərdikləri üçün oxuculara virtual rejimdə xidməti təmin edirlər. Bu gün Milli Kitabxananın əməkdaşları tərəfindən “Yurdumuza bahar gəlir” (http://anl.az/el/vsb/novruz/index.htm) adlı virtual sərgi istifadəçilərə təqdim edilmişdir. Sərgidə mövzuya dair həm şəkillər, həm də kitablar təqdim olunur. Nümayiş olunan hər bir kitab haqqında ətraflı məlumat verilir. Eyni zamanda saytımızın “Elektron kataloq və elektron kitabxana” bölməsində tam elektron mətni olan kitabların biblioqrafik təsvirindən sonra onların linkləri dəverilmişdir.
Dəyərli oxucularımız, ümid edirik ki, virtual rejimdə təqdim etdiyimiz “Yurdumuza bahar gəlir” adlı kitab sərgisi sizləri sevindirəcəkdir!