close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür” adlı tədbir keçirilib

29-12-2019

Dekabrın 29-da Milli Kitabxanada “31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür” adlı tədbir keçirilib.

Tədbiri Milli Kitabxananın direktoru prof. Kərim Tahirov açaraq, Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bütün dünya azərbaycanlılarını və Milli Kitabxananın kollektivini təbrik edib. Bildirib ki, bu mötəbər gün Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının tarixinə bəxş etdiyi gözəl günlərdən biridir. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisində 1991-ci ilin 16 dekabrında “31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü”nün elan edilməsi ilə tariximizin yeni səhifəsi açılıb. Professor çıxışında dünyanın 70-dən çox ölkəsində “Dünya Azərbaycanlılarının Həmrəylik günü”nün qeyd edildiyini və  dünyanın bir sıra ölkələrində diaspora təşkilatlarının yarandığını söyləyib. Bildirib ki, 2001-ci ildə ilk dəfə ümummilli lider Heydər Əliyevin iştirakı ilə Dünya Azərbaycanlılarının I qurultayı keçirilib. Prof. Kərim Tahirov çıxışında onu da qeyd edib ki, ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində diaspora cəmiyyətlərinin fəaliyyət dairəsi daha da genişlənmiş, Azərbaycan həqiqətlərinin dünyaya çatdırmasında ölkəmizin xaricdəki səfirlikləri ilə birgə tədbirlər təşkil etmişdir.  

Bu bayramın əsas məqsədinin və qayəsinin Azərbaycanın haqq səsinin dünyaya çatdırılması olduğunu söyləyən professor Milli Kitabxananın da Azərbaycanın xarici ölkələrdəki nümayəndəlikləri, diaspora təşkilatları ilə birgə fəalliyyətini xüsusi qeyd edib, diaspora təşkilatlarına ölkəmizi layiqincə təmsil etmək məqsədilə kitabların, dövri mətbuat və digər nəşrlərin göndərildiyini söyləyib.  

Prof. Kərim Tahirov çıxında bildirib ki, 2019-cu il xalqımız və dövlətimiz üçün çox mühüm hadisələrlə yadda qalıb və bildirb ki, cənab prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası daha da inkişaf edəcək və böyük uğurlara imza atacaq.

Daha sonra tədbir iştirakçıları “31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günüdür” adlı geniş kitab sərgisi ilə tanış olublar.