12-07-2021
İyul ayının 12-də Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusu tərəfindən 44 günlük müharibə nəticəsində erməni işğalından azad olunmuş ərazilərimizdə 90-cı illərin əvvəllərinədək fəaliyyət göstərmiş kitabxanaların kitab fondlarının bərpası ilə əlaqədar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə keçirdiyi kitabtoplama kampaniyasına Hüseyn Cavidin Ev Muzeyi də qoşuldu.
Hüseyn Cavidin Ev Muzeyinin əməkdaşı Mədəniyyət Nazirliyinin və Milli Kitabxananın birgə təşəbbüsü ilə həyata keçirilən “İşğaldan azad olunan bölgələrdəki kitabxanaların fondu üçün kitabtoplama kampaniyası”nın vacibliyini vurğuladı və yaradılacaq yeni kitabxanaların fondunun bərpa edilməsi üçün bu addımın təqdirəlayiq bir addım olduğunu bildirdi. Hüseyn Cavidin Ev Muzeyi 22 adda 65 nüsxə kitabı işğalından azad olunan bölgələrdəki kitabxanaların fondu üçün bağışladı.