close
icon E-kataloq və kitabxana

Fevral ayının 14-də Milli Kitabxanada “Beynəlxalq kitab bağışlama günü” ilə bağlı tədbir keçirilib.

14-02-2020

    Tədbirin iştirakçıları general-leytenant K.A.Kərimov adına 8 nömrəli tam orta məktəbin 7a sinif şagirdləri olub.

Tədbiri Milli Kitabxananın direktoru prof. Kərim Tahirov açaraq məktəblilərə mütaliə mədəniyyətinin formalaşmasında kitabın rolundan, gələcək nəsillərin dünyagörüşünün inkişafında kitab oxumağın nə qədər vacib məsələ olmasından bəhs edib. Direktor həmçinin çıxışında qeyd etdib ki, bu əlamətdar gün, kitab bağışlayan və kitaba məhəbbətlə yanaşan bütün insanları öz ətrafında birləşdirir. Professor onu da söylədi ki, kitab bağışlamaq gələcəyi gözəlləşdirmək, yeni nəslin üfüqlərini açmaq, daha gözəl bir ölkədə yaşamaq deməkdir. Bu baxımdan kitaba böyük məhəbbət və qayğı ilə yanaşan gənclərimizin, oxucularımızın olması sevindirici haldır.

    Kərim müəllim “Beynəlxalq kitab bağışlama günü” münasibətilə məktəbliləri təbrik etmiş, bu günün keçirilməsində əsas məqsədin gənc nəslə mədəni xidmət göstərmək, kiçik yaşlı oxucuların mütaliəsinə düzgün yanaşmaq, məktəbli oxucuların mütaliə mədəniyyətini yüksəltmək, uşaqlara kitab bağışlamağın və onlarda kitaba məhəbbət yaratmağın müqəddəs bir vəzifə olduğunu vurğulamışdır.

    8 nömrəli tam orta məktəbin ana dili və ədəbiyyat müəllimi Həsənova Gülgəz çıxış edərək bu tədbiri təşkil etdiyinə görə Milli Kitabxananın direktoru Kərim Tahirova öz təşəkkürünü bildirmişdir. O, söyləmişdir ki, bu tədbir yeniyetmələrin həyatında böyük iz buraxacaq və onların kitaba, mütaliəyə marağını artıracaq.

    Sonra məktəblilərə “Beynəlxalq kitab bağışlama günü” münasibətilə Milli Kitabxana direktoru tərəfindən kitablar  hədiyyə edilib.

Sonda məktəblilər tərəfindən şeirlər səsləndirilib və “Beynəlxalq kitab bağışlama günü” ilə əlaqədar onlar Milli Kitabxanada təşkil olunmuş sərgi ilə tanış olublar.