close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Günü” adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim olunub

05-05-2021

BMT Baş Assambleyasının qərarı ilə 1992-ci ildən 5 may Əlillərin Hüquqlarının Müdafiəsi Günü kimi qeyd olunur.

Əlilliyi olan insanlara Ümummilli lider Heydər Əliyevin vaxtilə göstərdiyi diqqət və qayğı 2003-cü ildən etibarən Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. “Hər bir vətəndaş bizim üçün qiymətlidir, dəyərlidir. Fiziki cəhətdən qüsurlu insanlar isə xüsusi qayğıya layiqdirlər və biz çalışırıq ki, bunu edək” deyən dövlət başçısının bu sözləri isə əlilliyi olan şəxslərin sosial müdafiəsinin daim gücləndirilməsində öz əməli təsdiqini tapır.

Ümumiyyətlə, əlillərin sağlam həyata qaytarılması yalnız ailənin, hər hansı dövlət və ya qeyri-hökumət təşkilatlarının fəaliyyəti ilə məhdudlaşmamalıdır. Bu problemin həllində geniş ictimaiyyət iştirak etməli, onlara qayğı hər kəsin mənəvi borcuna çevrilməlidir.

Bu münasibətlə, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Günü” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə Əlillərin Beynəlxalq Müdafiəsi Gününə dair materiallar və fotolar  nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Elillerin_Huquqlarinin_Beynelxalq_Mudafiesi_Gunu/index.html linkindən istifadə edə bilərlər.