04-10-2023
Məlum olduğu kimi oktyabr ayının 4-ü Cəbrayıl şəhəri günüdür. Cəbrayıl şəhəri günü Azərbaycanda ilk dəfədir qeyd olunur. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Vətən müharibəsində əldə olunmuş tarixi qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis edilməsi haqqında Sərəncamına əsasən 4 oktyabr “Cəbrayıl şəhəri günü” kimi qeyd olunur.
Bununla bağlı Milli Kitabxananın əməkdaşları tərəfindən “4 oktyabr– Cəbrayıl şəhəri günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Virtual sərgidə Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı, fotolar, dövri mətbuat səhifələrində Cəbrayıl şəhəri haqqında dərc olunan məqalələr, Qarabağ zəfəri, Cəbrayıl şəhərinin tarixi haqqında kitablar, ənənəvi sərgidə isə Azərbaycan, rus, ingilis dillərində Cəbrayıl şəhəri haqqında, eləcə də Vətən müharibəsi və Böyük Zəfəri əks etdirən Milli Kitabxananın fondundan materiallar nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Cebrayil/index.htm linkindən istifadə edə bilər.
Ənənəvi sərgi 1 həftə davam edəcək.