close
icon E-kataloq və kitabxana

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası və Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Gəncə-2016 Avropa Gənclər Paytaxtı” layihəsi çərçivəsində “Gənclər-İnnovasiyalar-Kitabxanalar” a

02-11-2016

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası və Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə noyabrın 2-də “Gəncə-2016 Avropa Gənclər Paytaxtı” layihəsi çərçivəsində “Gənclər-İnnovasiyalar-Kitabxanalar” adlı Azərbaycan-Rusiya elmi-praktik konfransı keçirilmişdir.

Gəncə şəhər Məhsəti Gəncəvi Mərkəzində keçirilən konfransda Rusiya Federasiyasının Krasnoyarsk Vilayətindən Minusinsk şəhəri A.T.Çerkasov adına Kitabxana, Moskva şəhərindən İ.S.Turgenev adına Kitabxana-oxu zalından, Moskva Dövlət Mədəniyyət İnstitutundan, Leninqrad Vilayətindən Tıxvin şəhəri “Teffi” Kitabxana-Sosiomədəni Mərkəzi, Vladimir vilayətindən Suzdal rayonu MKS-nin Boqolyubov qəsəbə kitabxanasından və s. əməkdaşlar kitabxana-informasiya sahəsinin aktual mövzuları üzrə çıxış edərək öz təcrübələrini iştirakçılarla bölüşmüşlər.

Azərbaycandan isə Azərbaycan Milli Kitabxanası, C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası, F.Köçərli adına Respublika Uşaq Kitabxanası, Gəncə şəhər MKS, Sabirabad rayon MKS, Astara rayon MKS, Sabunçu rayon MKS, Binəqədi rayon MKS-nin mütəxəssisləri iştirak etmişlər.

Konfransda Azərbaycan Milli Kitabxanasından Xidmət işləri üzrə direktor müavini Ədibə İsmayılova və Kitabxanaşünaslıq elmi-tədqiqat şöbəsinin müdiri Aygün Hacıyeva iştirak etmişlər. Ədibə İsmayılova “Gənclərin mütaliə mədəniyyətinin formalaşmasında Milli Kitabxananın rolu” adlı geniş məruzə ilə çıxış etmişdir.